Главная > Cəmiyyət / Manset > AZAL Almatıya reysləri ləğv etdi

AZAL Almatıya reysləri ləğv etdi


5-01-2022, 21:20. Разместил: admin
AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir.

Bu barədə “Azadsəs.az”a AZAL-dan məlumat verilib.

Bildirilib ki, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.

Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.

Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.
Вернуться назад