Главная > Cəmiyyət > Cavan oğlanı at vurdu - vəziyyəti ağırdır

Cavan oğlanı at vurdu - vəziyyəti ağırdır


14-05-2020, 11:04. Разместил: azadses
Bərdə rayonunda at 32  yaşlı gənci vuraraq ağır xəsarət yetirib.
Azad Səs-in məlumatına görə, hadisə rayonun Otuzikilər kəndində baş verib.
Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Şükürov Asəf Etibar oğlu atın vurduğu zərbədən ağır xəsarət alıb. Yaralı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
 
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад