Главная > Cəmiyyət > Azərbaycanda şöbə müdiri öldü
Azərbaycanda şöbə müdiri öldü15-01-2022, 18:18. Разместил: admin |
![]() "Azadsəs.az" xəbər verir ki, müasir Azərbaycan fəlsəfə elminin görkəmli simalarından biri, fəlsəfə elmləri doktoru, professor Əlikram Mirhəsən oğlu Tağıyev dünyasını dəyişib. Qeyd edək ki, Ə.Tağıyev 1945-ci ildə İmişli rayonunda anadan olub. O, fəlsəfə, politologiya, sosiologiya və kulturologiya sahəsində ixtisaslaşıb, müəyyən əhəmiyyət kəsb edən elmi araşdırmalar aparıb. Namizədlik və doktorluq işləri milli-etnik problemlər sahəsində olub. Milli ideya və milli ideologiya problemləri ilə məşğul olan mərhum Akademiyanın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Politologiya şöbəsinin müdiri olub. 30-dan çox elmi monoqrafiyanın, 200-dən çox elmi məqalələrin müəllifi olub. Вернуться назад |