Главная > Cəmiyyət / Manset > Şərif Ağayar: “Beş ildən bir lüğət tərtibi çox gecdir”
Şərif Ağayar: “Beş ildən bir lüğət tərtibi çox gecdir”1-02-2022, 19:46. Разместил: azadses |
“Lüğətlərin beş ildən bir yenilənməsinin çox gec olduğunu düşünürəm. Çünki sürətlə yeni sözlər yaranır və dilimizdə sözlərin işlənmə sürəti kifayət qədər artır”. Oxu.Az xəbər verir ki, bu sözləri yazıçı Şərif Ağayar AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” proqramında qonaq olarkən deyib. O bildirib ki, bu işə bir az maliyyə ayrılmalıdır ki, mütəxəssislərin çəkdiyi əziyyətin qarşılığı olsun: “Bu yüksək tirajla çıxan kitabdır. Maliyyə tələb edir, anlayıram. Amma düşünürəm ki, beş il yenə də çox gecdir. Beş ilə qədər bu proses qüvvəyə minməlidir, kitab çıxan kimi qanunlar qüvvəyə minməməlidir. Biz elə bir sürət dövründə yaşayırıq ki, hər gün yeni markalar, yeni sözlər yaranır. Mən istərdim ki, lüğətlə bağlı internet resurslarımız güclü olsun. Hər dəfə “Google” kimi resursda söz axtaranda etibarlı mənbələrdən tapa bilək. Bu proqramın maraqlı bir alqoritmi var, hansı lüğətə çox müraciət edilirsə, onu önə çıxarır. Çox istərdim ki, bizdə də bu funksiya güclənsin. İctimai müzakirələrdən çəkinmək lazım deyil, bu günün demokratik təklifidir. O müzakirələrin içərisindən seçilənlər mütəxəssislərin yekun qərarı ilə təsdiqlənməlidir. Ən etibarlı mənbə də məhz bu olacaq”. Könül Cəfərli Вернуться назад |