Главная > Cəmiyyət > Yeni sözlər üçün ayrı bir lüğətin olması yaxşı olardı - Dil Komissiyası

Yeni sözlər üçün ayrı bir lüğətin olması yaxşı olardı - Dil Komissiyası


1-02-2022, 22:12. Разместил: azadses
Yeni sözlər üçün ayrı bir lüğətin olması və ildə bir dəfə yenilənməsi yaxşı olardı.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, Nazirlər Kabinetinin qərarı əsasında orfoqrafiya lüğəti beş ildən bir yenilənməlidir və Dilçilik İnstitutu bunu təmin edir:

“Biz bu qərarla razılaşmalıyıq. Əlbəttə ki, arzuolunandır ki, dilə xüsusilə yeni daxil olan sözlər ildə bir dəfə izahı, yazılışı baxımından tərtib edilsin. Orfoqrafiya lüğətinin isə beş il çoxdur, heç olmasa 3 ildən bir yenilənməsini istərdim. Amma bu təbii ki müvafiq qurumların qərarı ilə olmalıdır. Orfoqrafiya lüğətinin tərtibi ilə bağlı Nəsimi adına Dilçilik İnstitutu işçi qrupu yarartdı. Gecə-gündüz zəhmət hesabına ərsəyə gətirdi. Orada sözlər əsasən elmlər doktoru, professorlar tərəfindən seçilib, aparılan tədqiqatlar nəticəsində qeydə alınıb. Burada müzakirə və ya sual yaranacaq məqamların olmadığını düşünürəm. Lüğətə 5 min yeni söz, türkmənşəli sözlər əlavə edildi. Eyni zamanda “tviter”, “vatsap” kimi yeni sözlərin yazılış qaydaları əlavə edildi. Yeni sözlər artıq öz dilimizin qrammatikasına uyğunlaşdırıb, istifadəyə verildi. Lüğətin bu kimi müsbət tərəfləri də var”.


Вернуться назад