Главная > Cəmiyyət / Manset > COVID-19 keçirənlər üçün “qadağan olunan” içkilər açıqlanıb: Çay, qəhvə...
COVID-19 keçirənlər üçün “qadağan olunan” içkilər açıqlanıb: Çay, qəhvə...8-02-2022, 09:11. Разместил: azadses |
Koronavirus keçirdikdən sonra bəzi içkilər orqanizmin sağalmasına kömək edir, lakin bəziləri də var ki, onlardan müvəqqəti olaraq imtina etmək daha yaxşıdır. Bu barədə rusiyalı dietoloq Anjelika Dyuval xəbərdarlıq edib. “Koronavirus keçirdikdən sonra bir müddət tünd qəhvə və qara çaydan imtina etməli, suya üstünlük verməlisiniz. Həmçinin şirin qazlı içkiləri, qablaşdırılmış şirələri də qadağan olunanlar sırasına əlavə edərdim. Bunları (şirələri) evdə hazırlamaq daha yaxşı olar”, - Dyuval izah etdi. Dyuvalın sözlərinə görə, evdə hazırlanan morslar və yaşıl çay əsasında hazırlanan dəmləmələr də tez sağalmağa kömək edir. “Standart dəmlənir: 1,5 litr suya iki xörək qaşığı yüksək keyfiyyətli yaşıl çay. Ora iki dilim portağal, bir-iki xörək qaşığı quşüzümü (mərcanı) əlavə edin (dondurulmuş ola bilər). Şirinləşdirməyi məsləhət görmürəm, almanı qabığı olmadan doğramaq daha yaxşıdır. Bu içki təxminən 40-50 dəqiqə dəmlənsin və onu gün ərzində için. Oraya ilıq su əlavə etmək olar, amma qaynar yox”, - deyə o, məsləhət gördü. Dietoloq xatırladıb ki, xəstəlikdən sağalma zamanı, eləcə də xəstəlik zamanı əsas içki adi su olmalıdır. Mənbə: Sputnik Вернуться назад |