Главная > Cəmiyyət / Manset > Rövşən Nəcəf SOCAR-ın Müşahidə Şurasından çıxarıldı
Rövşən Nəcəf SOCAR-ın Müşahidə Şurasından çıxarıldı10-02-2022, 17:57. Разместил: admin |
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. “Azadsəs.az” xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamından “Rövşən Nəcəf – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” sözləri çıxarılıb. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Rövşən Nəcəf Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib. Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinin müvəqqəti icrası Rövşən Nəcəfə həvalə edilib. Вернуться назад |