Главная > Cəmiyyət / Manset > DTX-nın əməliyyatı nəticəsində saxlanılan MN-in dörd əməkdaşı 10 milyon manat mənimsəyiblər - YENİLƏNİB
DTX-nın əməliyyatı nəticəsində saxlanılan MN-in dörd əməkdaşı 10 milyon manat mənimsəyiblər - YENİLƏNİB13-02-2022, 18:21. Разместил: admin |
![]() APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib. Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir. 14:36 Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib. “Azadsəs.az”nun əldə etdiyi məlumata görə, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb. Dünən Səbail rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir. O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. Вернуться назад |