Главная > Cəmiyyət / Manset > Səfirliklərin bu hüququ alındı, xaricdəki soydaşlarımız problemlə üzləşdi

Səfirliklərin bu hüququ alındı, xaricdəki soydaşlarımız problemlə üzləşdi


16-02-2022, 20:30. Разместил: admin
Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə xaricdə yaşayan soydaşlarımız Azərbaycanın diplomatik nümayəndəliklərindən xarici pasport ala bilməmələrindən şikayətlənirlər. Belə ki, sosial şəbəkə istifadəçiləri şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitənlərin Azərbaycan diplomatik nümayəndəliyinə yeni pasportun verilməsi məqsədilə müraciət etmək hüququndan məhrum edildiyini bildirirlər.

“Azadsəs.az”ın məlumatına görə, vətəndaşlar iddia edirlər ki, yeni pasport almaq üçün onlar əvvəlcə Azərbaycana qayıtmalı, orada şəxsiyyət vəsiqəsi almalıdırlar. Yalnız bundan sonra xarici pasport ala bilərlər.

Məsələ ilə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, ötən ilin dekabrında Azərbaycanda “Pasportlar haqqında” və “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” qanunlara dəyişiklik edilib. Bu dəyişikliklərə əsasən, Azərbaycanın diplomatik nümayəndəlikləri vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd vermək hüququndan məhrum ediliblər.

Qanuna edilən dəyişikliyə əsasən, vətəndaşlar Azərbaycana geri qayıdıb, şəxsiyyət vəsiqələrini dəyişdikdən sonra xarici pasport ala bilərlər.

Xarici ölkələrdə Azərbaycan vətəndaşlarının övladları dünyaya gəldiyi təqdirdə isə onlar diplomatik nümayəndəliklərimızdən yalnız doğum haqqında şəhadətnamə sənədi ala bilərlər. Bundan sonra valideyn övladı ilə birgə Azərbaycana gəlib, şəxsiyyət vəsiqəsi və xarici pasport ala bilər.
Вернуться назад