Главная > Cəmiyyət > Güclü külək beşmərtəbəli binanın damını uçurdu - FOTO

Güclü külək beşmərtəbəli binanın damını uçurdu - FOTO


18-05-2020, 12:37. Разместил: azadses
Qubada təbii hadisələr rayona ziyan dəyməkdə davam edir.İntensiv yağışların gətirdiyi selin uçurduğu  3 körpüdən sonra bu dəfə külək dinc dayanmayıb.
Azad Səs-in məlumatına görə, güclü külək nəticəsində  Quba şəhərinin Fətəlixan küçəsindəki beşmərtəbəli çoxmənzilli yaşayış bunasının damı uçub.
Quba FHK-nin sədru Allahvürdi Xudaverdiyev məlumat verib ki, binanın 1000kv.metrlik damının tam yarısı-500 kv. metrini külək dağıdaraq uçurub. Külək binanın həyətindəki sakinlərə məxsus 5 nəqliyyat vasitəsinə də ziyan vurub. Avtomobillər uçan damın altında qalıb. Xoşbəxtlikdən, həmin vaxt  sakinlər xəsarət almayıb.
Allahverdi Xudaverdiyevin sözlərinə görə, İH başçısı Ziyəddin Əliyev uçan dama yerində baxış keçirib. Artıq ərazi dam qırıntılarından təmizlənib və bu gün rayonun daxili imkanları hesabına damın bərpasına başlanılacaq.
Qeyd edək ki, güclü külək Quba, Qusar və Xaçmaz rayonlarının elektrik təsərrüfatına da  ziyan vurub. Artıq fəsadlar aradan qaldırılıb.



Вернуться назад