Главная > Cəmiyyət / Manset > İşğaldan azad edilmiş ərazilərin bərpasında İran şirkətləri də fəaliyyət göstərəcək
İşğaldan azad edilmiş ərazilərin bərpasında İran şirkətləri də fəaliyyət göstərəcək11-03-2022, 20:42. Разместил: admin |
İşğaldan azad edilmiş ərazilərin bərpasında İran şirkətləri də fəaliyyət göstərəcək. "Azadsəs.az" xəbər verir ki, bu barədə Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının 15-ci iclasında Baş nazirin müavini Şahin Mustafayev deyib. O bildirib ki, şirkətlər yaradılan sənaye parkları və “Araz Vadisi İqtisadi Zonası”nda fəaliyyətə başlayacaqlar. “Pandemiya şəraitinin olmasına baxmayaraq, Azərbaycan və İran arasında avtomobil daşımaları üzrə yük həcmi 70 faiz artıb”, - deyə Şahin Mustafayev qeyd edib. Вернуться назад |