Главная > Cəmiyyət / Manset > “Bu il ərzaq qiymətlərinin artacağı gözlənilir”

“Bu il ərzaq qiymətlərinin artacağı gözlənilir”


15-03-2022, 17:18. Разместил: admin
“2022-ci ildə ərzaq məhsullarının qiymətinin kəskin şəkildə artacağı gözlənilir”.

“Azadsəs.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Elman Nəsirov bildirib.

“Ərzaq təhlükəsizliyi indiki məqamda buğda idxalı ilə bağlı bizim üçün xüsusi əhəmiyyətə çevrilir. Ölkəmizdə buğdaya olan tələbatın 40-45 faizi idxal hesabına başa gəlir. Bu sahədə şaxələndirmə istənilən səviyyədə deyil.

Rusiyadan biz ötən il 780 milyon ton buğda idxal etmişik. Martın 31-nə qədər Rusiya buğda idxalına qadağa qoyub, Ukraynadan da buğda idxalı qəlizləşib. Biz axı niyə buğdaya olan ehtiyacımızı bir ölkə hesabına həyata keçirməliyik? Hesab edirəm ki, bu istiqamətdə Qazaxıstanla əməkdaşlıq etməli və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərimizi görməliyik”, - deyə millət vəkili bildirib.
Вернуться назад