Главная > Cəmiyyət > Bakıda minatəmizləmə fəaliyyəti üzrə konfrans keçirilir

Bakıda minatəmizləmə fəaliyyəti üzrə konfrans keçirilir


1-04-2022, 13:18. Разместил: admin
Bakıda Azərbaycan Minalatəmizləmə Agentliyi (ANAMA), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) mövzusunda beynəlxalq konfrans keçirilir.

"Azadsəs.az" xəbər verir ki, konfrans insanların həyatı və normal yaşayış şəraiti üçün mina təhlükələrinin aradan qaldırılmasında humanitar minatəmizləmə fəaliyyətinin (HMF) əhəmiyyətini müzakirə etmək məqsədilə beynəlxalq ictimaiyyət, mina əməliyyatları üzrə operatorlar, dövlət qurumları və vətəndaş cəmiyyətindən olan mühüm simaları hibrid formatda bir araya gətirir.

Tədbir, uzunmüddətli sülh və sosial-iqtisadi inkişaf üçün HMF-nin potensialı ilə 2030-cu ildə Davamlı İnkişaf gündəliyinin nailiyyəti arasındakı əlaqələri, daha konkret desək, "hər yerdə zorakılığın və onunla bağlı ölüm hallarının bütün formalarını əhəmiyyətli dərəcədə azaltmağa" çalışan 16-cı DİM-i araşdıracaq.

Bundan əlavə, məcburi köçkünlərin (MK) öz doğma yurdlarına “Böyük Qayıdış” adı ilə geri qaytarılması “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” proqramının mühüm tərkib hissəsidir ki, bu zaman DİM-lər vətəndaşların Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə davamlı şəkildə köçürülməsində əsas sütuna çevrilir.

Konfrans Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinin infrastrukturunun və potensialının gücləndirilməsi üzrə davamlı səylərə əsaslansa da, onun məqsədi həm də hazırda dünyada mövcud olan ən qabaqcıl texnologiyalar haqqında məlumatlılığı artırmaq və ölkə, Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərində əsaslı yenidənqurma və bərpa işlərini həyata keçirdiyi üçün intensiv minatəmizləmə fəaliyyətlərindən əldə edilmiş ən yaxşı təcrübələri və öyrənilmiş dərsləri təklif etməkdir.
Вернуться назад