Главная > Cəmiyyət > “The Guardian”: Eldar Mahmudovun uşaqları Londonda çoxmilyonluq əmlaka sahibdirlər
“The Guardian”: Eldar Mahmudovun uşaqları Londonda çoxmilyonluq əmlaka sahibdirlər1-06-2020, 10:43. Разместил: azadses |
Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb. Azad Səs“The Guardian” qəzetinin apardığı araşdırmaya istinadən bildirir ki, “Cayman National Bank (Isle of Man) Ltd (CNBIOM)” şirkətindən 2019-cu ilin noyabr ayında ələ keçirilən və sonradan onlayn olaraq yayımlanan müştəri sənədlərinin keş fayllarına əsasən, Mahmudovlar ailəsinin təxminən 100 milyon avroya yaxın bir biznes və əmlak imperatorluğu qurduğu məlum olub. Onun aktivlərinin demək olar ki, hamısı 36 yaşlı oğlu Anar və 31 yaşlı qızı Nərgiz Mahmudova ilə əlaqəli şirkətlər hesabına əldə edilib. Bildirilib ki, 2014-cü ilin oktyabrından 2015-ci ilin iyulunadək Anar Mahmudov Britannia Group Ltd-nin hesablarına ümumilikdə 14 milyon funt sterlinq depozit qoyub. Bir neçə təşkilatın jurnalistləri tərəfindən aparılan araşdırma göstərir ki, Eldar Mahmudovun övladlarının “əlaqəli şirkətlər” sayəsində əldə etdikləri obyektlər arasında Böyük Britaniyanın sahil kurort şəhərlərində - Poole və Bornmutda ümumi dəyəri 13,5 milyon funt sterlinq olan iki ofis binası var. "The Guardian"ın yazdığına görə, istintaq, həmçinin Anar Mahmudovun Londonun Knightbridge ərazisindəki Pont küçəsində 17,35 milyon funt sterlinq dəyərində dördmərtəbəli bir binaya sahib olduğunu ortaya qoyub. Məlumdur ki, Anar Mahmudovun qayınanası Zamirə Hacıyeva “Harrods” mağazasında 16 milyon funt sterlinqdən çox pul xərcləyib və onun həyat yoldaşı, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev 2015-ci ildə dövlət əmlakını mənimsəmə ittihamı ilə həbs olunub və hazırda həbs cəzası çəkir. Cahangir Hacıyev həbs edildikdən və Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra CNBIOM Bank sonuncu ilə bağlı bütün hesabları bağlayıb. Anar və Nərgiz Mahmudovların vəkilləri ailənin sərvətinin 19-cu əsrdə milyonçu olmuş Aslan Aşurovdan miras qaldığını bildiriblər. Həmçinin övladların əmlaklarının hamısının lazımi qaydada qeydiyyata alınaraq hesablandığını və Anar Mahmudovun öz işində uğurlu bir biznesmen olduğunu bildiriblər. Qeyd olunub ki, sızdırılmış sənədlərdə Anarın sərvətinin xalası, Bakıda neft və tikinti şirkəti qurmuş Elmira Mahmudovadan əldə olunduğunu izah edən bir məktub da aşkarlanıb. Eyni zamanda, araşdırma ilə müəyyən edilib ki, Mahmudovlar Malyorka, Lüksemburq və Litvada da mülk və şirkətlərə sahibdirlər. Eldar Mahmudovun özünün vəkilləri isə jurnalistlərlə əlaqə qurmaq istəməyiblər. /Virtualaz.org/ Вернуться назад |