Главная > Cəmiyyət > Şahid: “Vilyam Hacıyevin adından məndən 10 800 manat aldılar”

Şahid: “Vilyam Hacıyevin adından məndən 10 800 manat aldılar”


4-04-2022, 15:42. Разместил: admin
Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Azadsəs.az"ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Feyzi Məmmədov bildirib ki, işlədiyi müddətdə maliyyə şöbəsinin müdiri Rəhim Rəhimova rüşvət verib.

“İşlədiyim müddətdə 10 800 manat rüşvət vermişəm. Mənə deyirdi ki, başçı istəyir, onun tapşırığıdır. Mən işıqlandırmada işləyirdim. 2014-cü ilin yanvar ayında İşıqlandırma İdarəsi yaranıb. Əvvəl mən mühasib, sonra rəis oldum. Hər dəfə çağırırdı ki, başçı deyir ki, tədbirə görə pul ver. Ayrı-ayrı vaxtlarda müəyyən məbləğdə pul istəyirdi, deyirdi ki, rəhbərin tapşırığıdır”, - deyə şahid bildirib.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.
Вернуться назад