Главная > Cəmiyyət / Manset > Emin Əmrullayevdən yeni - Təyinatlar

Emin Əmrullayevdən yeni - Təyinatlar


29-04-2022, 21:51. Разместил: admin
Bu gün Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbər vəzifəsinə təyinat olub.

“Azadsəs.az” xəbər verir ki, bununla bağlı təhsil naziri əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Mənsimli Sənan Famil oğlu təyinat alıb. S.Mənsimli bu təyinata qədər Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi olub. Şirvan-Salyan Regional Təhsil İdarəsi Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında yaradılıb. İdarə Salyan rayonunda yerləşir.

Qeyd edək ki, S.Mənsimli 1987-ci ildə Biləsuvar şəhərində doğulub.



Fotoda Sənan Mənsimli

***

Nazirin digər əmri ilə, Təhsil İnstitutunun metodik dəstək mərkəzinin şöbə müdiri Elxan Nəcəfov Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri təyin olunub.
Вернуться назад