Главная > Cəmiyyət > Bazar günündən iyulun 5-dək qoyulan qadağaların SİYAHISI

Bazar günündən iyulun 5-dək qoyulan qadağaların SİYAHISI


19-06-2020, 13:48. Разместил: azadses
İkihəftəlik sərt karantin rejimi şərtləri açıqlanıb.
Azad Səs-in məlumatına görə, bu barədə Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva məlumat verib. 
Qurum rəsmisi bildirib ki, şərtlərə SMS xəbərdarlıq və xüsusi icazə əsasında evdən çıxmanın tətbiq olunması, dövlət və özəl təşkilatlarda məhdudiyyətlər - yəni, müxtəlif vaxtlarda işə başlanılması, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi, ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, bərbərxana, gözəllik salonları və kosmetik xidmətlər, o cümlədən bu xidmətlərin müştərilərin evində və digər məkanlarda xidmətlərin dayandırılması, müzey və sərgi zallarının fəaliyyətinin dayandırılması daxildir. 
Bundan başqa, malların satışı və xidmətlərinin göstərilməsi ilə istisnalar nəzərə alınmaqla məhdudiyyətlər tətbiqi, eləcə də açıq havada idman oyunları da qadağandır.

Вернуться назад