Главная > Cəmiyyət > Azərbaycandan qanunsuz xarici valyuta çıxarılmasının qarşısı alındı

Azərbaycandan qanunsuz xarici valyuta çıxarılmasının qarşısı alındı


1-07-2020, 11:34. Разместил: azadses
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xarici valyutanın ölkənin gömrük sərhəddindən bəyan etmədən keçirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən  bildiriblər ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstana gedən " Mercedez-Benz Atego" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda köynəyə bükülü halda gömrük nəzarətinə bəyan edilməyən 22400 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад