Главная > Cəmiyyət > ,,Əsgər Ailəsi Cəmiyyəti ,,Türkiyə Şöbəsi İç İşləri Bakanlığı Tərəfindən Onaylandı

,,Əsgər Ailəsi Cəmiyyəti ,,Türkiyə Şöbəsi İç İşləri Bakanlığı Tərəfindən Onaylandı


1-07-2020, 12:26. Разместил: azadses
,,Əsgər Ailəsi Cəmiyyəti,,  Vətənpərvərliyin Təbliği İctimai Birliyinin Türkiyə Şöbəsi , Türkiyədə İç İşləri Bakanlığı tərəfindən  rəsmi qeydiyyata alınmışdır. Bundan sonra Təşkilat Azərbaycanda olduğu kimi Türkiyədə də eyni məqsədlə Vətənpərvərliyin təbliği ilə fəailiyyət göstətəcək.
,,Əsgər Ailəsi Cəmiyyəti,, Vətənpərvərliyin Təbliği İB-nin rəhbəri, Qarabağ müharibə Veterani ehtiyyatda olan zabit Roza  Əliqızı Hünər.infoya məlumat verərək bildirib ki, sevincinin həddi-hüdudu yoxdur,təşkilatın Türkiyə şöbəsi iki ildir təsis edilib fəailiyyət göstərir,sadece rəsmi qeydiyyatdan keçməsini gözləyirdik. Nəhayaət İç İşləri Bakanlığının uzun incələməsindən sonra bu gün şad xəbər aldım Təşkilatımızın Türkiyə şöbəsi Türkiyə Dövləti tərəfindən qeydiyyata alınaraq resmi fəailiyyət göstərməmizə icazə vermişdir.
Əsas məqsədimiz Vətənpərvərliyin təbliği olmaqla və Qarabağ gerçekliklərini gündəmdə saxlamaq,əsgər şəhid ailələrinə, qazilərimizə xidmət etmək hüquqlarını müdafiə etməkdir.
Roza Əliqızının dedəyinə görə 10 ildən çoxdur onlar Türkiyədə tədbirlər konfranslar görüşlər keçirməkdədirlər.  Bu il isəonların təşkilatçılığı ilə  Türkiyə Egitim Bakanlığı və müdürlükləri tərəfindən liseylərdə Xocalı soyqırımının anım günü şox yüksək səviyyədə keçirilib və bundan sonra daha geniş fəailiyyət göstərcəklər iki qardaş ölkə Azərbaycan və Türkiyədə gənclərin vətənpərvərlik əhvali ruhiyəsinin yüksəlməsi  Qarabağ gerçəklikləri və Xocalı soyqrimının geniş məlumata malik olmaları üçün üçün əzmlə çalışacaqlar.
Xatirə Abaslı

Azadses.az

Вернуться назад