Главная > Cəmiyyət / Manset > “Ichiban 2022”: “Toyota” Abşeron Mərkəzi yenidən Avropanın ən yaxşıları sırasında - FOTO

“Ichiban 2022”: “Toyota” Abşeron Mərkəzi yenidən Avropanın ən yaxşıları sırasında - FOTO


1-06-2022, 10:42. Разместил: admin
“Toyota” Abşeron Mərkəzi ikinci dəfə Avropanın ən yaxşılarına verilən “Ichiban” mükafatına layiq görülüb.

“Toyota Motor Europe” hər il Avropada fəaliyyəti ilə seçilən dilerləri mükafatlandırır. “Ichiban 2022” (yapon dilində “Nömrə bir”) qalibləri seçilərkən həm satış performansı və xidmət səviyyəsi, həm də dilerin ətraf mühitə, cəmiyyətə töhfə vermək, davamlılıq, dəyişən dövrə uyğunlaşmaq bacarıqları nəzərə alınıb. Artıq fəaliyyətinin 6-cı ilini geridə qoyan “Toyota” Abşeron Mərkəzi də işində məhz bu prinsiplərə əsaslanaraq ilk gün söz verdiyi keyfiyyətli xidməti göstərməyə davam etdiyi üçün qaliblər sırasında olmağa haqq qazanıb.

Builki mərasimdə 32 ölkəni təmsil edən 2500-dən çox “Toyota” dileri arasından cəmi 47 qalib seçilib. Ən gənc rəsmi diler olmasına baxmayaraq, peşəkarlığı ilə seçilən “Toyota” Abşeron Mərkəzi çox sayda ciddi rəqibləri geridə qoyaraq növbəti dəfə Avropanın ən yaxşılarından biri ola bilib. Alp dağlarında, eksklüziv “Schloss Elmau” qəsrində keçirilən bu tədbir çərçivəsində dilerlərin də iştirakı ilə geniş müzakirələr keçirilib, xüsusi qonaqlar gələcək üçün ilham verən ideyalarla çıxış ediblər.” Toyota Motor Europe” prezidenti Mett Harrison isə öz çıxışında bütün dilerlərə möhtəşəm nailiyyətlərinə və “Toyota” adına layiqli fəaliyyətlərinə görə təşəkkür edib.

“Toyota” Abşeron Mərkəzinin fəaliyyəti ilə daha yaxından tanış ola bilərsiniz: www.toyota-absheron.az






Вернуться назад