Главная > Cəmiyyət > Baş redaktor ev sahibi tərəfindən evdən çıxarıldı

Baş redaktor ev sahibi tərəfindən evdən çıxarıldı


5-07-2020, 22:21. Разместил: azadses
Jurnalist sərtləşdirilmiş karantin günü evdən çıxarılib-azyaşlı övladı ilə
Azad səs xəbər verir ki, AzTimes.az saytının baş redaktoru  Pərvin Abışova ev sahibi tərəfindən evdən çıxarılıb. Abışova deyir ki, ev sahibi ona  xəbərdarlığı gecə saat dörd radələrində edib. Deyib ki, sabah bir tamama kimi   evi boşalt. 
Pərvin xanımı tanıyırıq. O, heç vaxt heç kimə əyilən biri deyil. Evi deyilən müddətdə təhvil verib. Amma özü  azyaşlı qızı ilə küçələrdə qalıb.   Hal-hazırda elə bir vəziyyətdəyik ki, heç birimizin yardim etməyə gücümüz yoxdur. Media çöküb, iflic vəziyyətdədir. Pərvinin harada, necə olduğunu belə bilmirik. Bir ananın yanında azyaşlı körpəsiylə pandemiya ərəfəsində  kücəyə atılmasına bə könlümüz razı olmur, nə də vicdanımız bunu qəbul etmir.  Aidiyyatı orqanlardan da bunu istəyirik ki, bu məsələni nəzarətə götürsünlər. Yetmiş yerdə evi olan , bütün yazılarını başqalarına yazdıran " jurnalistlər"ə yox, bax belə savadlı, istedadlı və ehtiyaci olan insanlara verilsin o evlər. Pərvin Abışova tək azad media nümayəndəsi deyil, o həm də əsgər anasıdır. Ehtiyac üzundən iki oğlunu nənə himayəsinə verib.  Bir Azərbaycan qadınını belə alçaldanlar qanunla cəzalandırilmalıdır.
Xəyal Sadiqli /azadses.az/


Вернуться назад