Главная > Cəmiyyət / Manset > Azərbaycan Qran-prisində ilk qaliblər müəyyənləşəcək
Azərbaycan Qran-prisində ilk qaliblər müəyyənləşəcək11-06-2022, 14:00. Разместил: admin |
Bu gün “Formula-1” və “Formula-2” üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək. Oxu.Az xəbər verir ki, “Formula-2” də sprint yarışında ən sürətli pilotlar müəyyənləşəcək. “Formula-1” də üçüncü sərbəst yürüş və sıralama turu olacaq. Azərbaycan Qran-prisi 11 iyun “Formula-2” 13:30 - 14:20. Sprint yarışı “Formula-1” 15:00 - 16:00. III sərbəst yürüş “Formula-1” 18:00 - 19:00. Sıralama turu İlk yarış günündə “Formula-1”də iki sərbəst yürüş, “Formula-2”də sərbəst yürüş və sıralama turu gerçəkləşib. “Formula-1”də “Red Bull”dan Serxio Peres və “Ferrari”dən Şarl Lekler test yürüşlərində ən yaxşı nəticəni göstəriblər. “Formula-2”də isə “Hitech Grand Prix” komandasından Yuri Vips hər iki yarışda birinci olub. Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-da başa çatacaq. Həmin gün ilk olaraq “Formula-2”də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 15:00-da “Formula-1”də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək. Вернуться назад |