Главная > Cəmiyyət > Atmosferə karbon qazı buraxmayacaq sərnişin təyyarəsinin istehsalı planlaşdırılır
Atmosferə karbon qazı buraxmayacaq sərnişin təyyarəsinin istehsalı planlaşdırılır21-06-2022, 09:39. Разместил: admin |
Yaponiyanın iri ağır maşınqayırma korporasiyası olan “Kawasaki Heavy Industries” hidrogen yanacağı ilə işləyəcək sərnişin təyyarəsinin əsas komponentlərinin hazırlanmasına başlayıb. Bunların xaricdə analoji laynerlərin istehsalına təxminən 2040-cı ildə başlayacaq təyyarə istehsalçılarına təqdim edilməsi nəzərdə tutulur. Yanma zamanı atmosferə karbon qazı buraxmayacaq sərnişin təyyarəsi təxminən 150 yerlik nəzərdə tutulub, onun uçuş məsafəsinin iki-üç min km olacağı gözlənilir. Təyyarənin komponentlərinin hidrogen yanacağı ilə sınaqdan keçirilməsinə isə 2030-cu ilə qədər başlanacağı gözlənilir. Вернуться назад |