Главная > Cəmiyyət > QHT sədri: Birləşək – qalib gələk!
QHT sədri: Birləşək – qalib gələk!14-07-2020, 11:49. Разместил: azadses |
Ölkədə savaş gedir... Bir yox, iki cəbhədə... Bir tərəfdən dünyanı bürümüş ümumbəşəri bəla əhalini sərt karantin rejimində həyat tərzinə məhkum edərək can almaqda davam edir, digər tərəfdən illərdir ki, bəşəriyyətin gözü qarşısında torpaqlarımızı işğal altında saxlayan erməni qəsbkarları atəşkəs rejimini pozub qanlı təxribatlara əl atırlar. Bir savaşda fədakar tibb işçiləri ölkə vətəndaşlarının sağlamlığı uğrunda həm özləri, həm də doğmalarının həyatını təhlükə altına qoyur, digər savaşda mərd əsgərlər torpaqlarımızın azadlığı uğrunda şəhid olurlar. İki cəbhədə vuruşmaq çətindir. Olduqca çətindir... İtkilər az deyil. Yaşadığımız pandemiya dövründə yoluxucu ağır xəstəlikdən dünyasını dəyişən müxtəlif yaşda vətəndaşlarımız sırasına son günlər cəbhə bölgəsində qanlı döyüşlərdə şəhid olmuş gənclərimiz də qatıldı. Ermənilərin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri növbəti hərbi təxribat nəticəsində hərbçilərimiz həlak oldular. Düşmənin növbəti təxribatının qarşısı qətiyyətlə alınsa da, ermənilərə adekvat cavab verilsə də, sərhəddə gərgin vəziyyət davam etməkdədir. Amma düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərir ki, Azərbaycan öz sərhədlərini bundan sonra da qətiyyətlə qoruyacaq və öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bu fikir Təhlükəsizlik Şurasının iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş iclasında bir daha vurğulanıb. Hərbi təxribatı ermənilərin təcavüzkar siyasətinin təzahürü adlandıran Ali Baş Komandan dərin məzmunlu çıxışında baş vermiş hadisənin geniş siyasi təhlilini verərək, xalqımızın qələbəyə olan inamını bir daha yüksəldib: “Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”. Düşmən üzərində qələbəni təmin edən başlıca amil isə xalqla iqtidarın birliyi, ölkə vətəndaşlarının prezident ətrafında bir yumruq kimi birləşməsi, ordumuzun döyüş ruhunun daha da yüksəldilməsidir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı həyata keçirilən dövlət siyasətini “Biz bir yerdə güclüyük” şüarı altında dəstəkləməklə, dövlətə sadiqlik və millətə sevgi nümayiş etdirməklə, vətəndaşlıq məsuliyyətimizi tam dolğunluğu ilə dərk edib vəzifə borcumuzu layiqincə yerinə yetirməklə Böyük Qələbəyə yaxınlaşmış olarıq. Bu gün hər iki cəbhədə savaşa sövq edilmiş Azərbaycanın qələbəsi naminə ölkə ərazisində fəaliyyət göstərən dövlət qurumları ilə qeyri-hökümət təşkilatlarının, bütün siyasi partiyaların, dilindən, dinindən, milli mənsubiyyətindən, cinsindən, yaşından və sosial durumundan asılı olmadan hər bir ölkə vətəndaşının milli birlik ideyası ətrafında birləşməsi illərdir böyük ümidlə gözlədiyimiz Qələbənin ən başlıca şərtidir. Birləşək – qalib gələk. Ruhiyyə Məmmədova, "Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Вернуться назад |