Главная > Cəmiyyət / Manset > Sədaqət Vəliyeva: “Azərbaycanda şəhid ailələrinə, qazilərə yüksək diqqət və qayğı göstərilir”

Sədaqət Vəliyeva: “Azərbaycanda şəhid ailələrinə, qazilərə yüksək diqqət və qayğı göstərilir”


15-07-2022, 14:45. Разместил: admin
“Azərbaycan dövləti şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına hər zaman xüsusi qayğı ilə yanaşıb və müvafiq kateqoriyadan olan şəxslərin sosial təminatının gücləndirilməsi dövlətimizin sosial siyasətinin prioritet hədəflərindən olub.

Eyni zamanda, şəhid ailələri, qazilər və müharibə veteranları Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti ilə əhatə olunublar. Ölkə başçısının tapşırığı ilə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına hərtərəfli dəstəyin göstərilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib, bununla bağlı sərəncamlar imzalanıb, qanunlar qəbul edilib”.

Bunu AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, postmüharibə dövründə şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə ümumilikdə 3 min 500 mənzil verilib:

“Həmçinin müharibə əlillərinə 214 avtomobil təqdim olunub. 2021-ci ilin əvvəlindən şəhid ailələri və müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən isə müavinətlər, o cümlədən əlilliyə görə müavinətlər orta hesabla 60 faiz artırılıb.

Reabilitasiya müəssisələrində 2500-dən çox qazinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilib. Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 200 hərbçi, ümumilikdə isə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib”.

“Eyni zamanda, bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, 2021-ci il sentyabrın 27-də keçirilən Anım Günündə təşkil olunan yürüşdə Ali Baş Komandan, Prezident İlham Əliyevin şəhidimizin fotosu olan plakatı öz başı üzərinə qaldırması, öz doğum gününü işğaldan azad olunmuş ərazilərimizdə və şəhid ailələri ilə birgə keçirməsi ölkə başçısının rəhbərliyi altında Azərbaycan dövlətinin şəhidlərimizə, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına olan diqqətinin bariz göstəricisidir”, - deyə S.Vəliyeva bildirib.
Вернуться назад