Главная > Cəmiyyət / Manset > İlk dəfə 300-ə yaxın hüquqşünas tələbənin iştirakı ilə bir aylıq Yay Məktəbi təşkil olunur - FOTO

İlk dəfə 300-ə yaxın hüquqşünas tələbənin iştirakı ilə bir aylıq Yay Məktəbi təşkil olunur - FOTO


23-07-2022, 17:48. Разместил: admin
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Milli Məclisin deputatı Erkin Qədirli çıxış edərək, Yay Məktəbinin hüquq fakültəsi tələbələrinin inkişafındakı əhəmiyyəti, formal təhsildən qeyri-formal təhsilə keçid barədə danışmış, o cümlədən tələbələrin bu sahədə biliklərinin arıtılmasında roluna görə Kollegiyaya və Fonda təşəkkürlərini bildiriblər.

Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin Tədris işləri üzrə koordinatoru Günay Sultanova təqdimat ilə çıxış edərək, Yay Məktəbinin proqramı və iştirakçıları barədə statistik məlumatlar təqdim edib.

Açılış mərasiminin yekununda, müraciət etmiş bir neçə tələbə Yay Məktəbi barədə öz təəssürat və fikirlərini bölüşüblər.

Tədbirin davamı olaraq, dünən qeyd olunan Milli Mətbuat və Jurnalistika Günü münasibətilə, Vəkillər Kollegiyasının ümumi işinə dəstək göstərən, ictimaiyyətin məlumatlandırılması və hüquqi maarifləndirilməsinə töhfə verən mətbuat nümayəndələri Kollegiya sədri Anar Bağırov tərəfindən təltif edildi və onlara hədiyyələr təqdim olunub.

Sonda, qonaqlar və iştirakçılarla birlikdə xatirə şəkli çəkilib.










Вернуться назад