Главная > Cəmiyyət > Əmisinin evindən silahlar oğurlayan şəxs saxlanıldı - FOTO

Əmisinin evindən silahlar oğurlayan şəxs saxlanıldı - FOTO


27-07-2022, 12:20. Разместил: admin
Xızıda əmisinin evindən silah oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinə şəhər sakini Əli Hüseynovun evindən “İJ-58” markalı yivsiz ov tüfənginin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qardaşının oğlu Həsən Hüseynzadə saxlanılıb. Onun həmin evdən “TOZ-17” markalı digər yivli ov tüfəngini oğurlaması da müəyyən olunub.

Tüfənglər polis əməkdaşları tərəfindən götürülüb və Ə.Hüseynov da saxlanılıb.

Hər iki şəxs barəsində qanunamüvafiq tədbir görülüb.


Вернуться назад