Главная > Cəmiyyət / Manset > Hərbi ekspert: “Ordumuza lazımi zəmanət verilməsə, bu əməliyyata davam etmək lazımdır”
Hərbi ekspert: “Ordumuza lazımi zəmanət verilməsə, bu əməliyyata davam etmək lazımdır”3-08-2022, 22:13. Разместил: admin |
“Azərbaycan Silah Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə ermənilərin qanunsuz silah daşıması ilə bağlı iradlarını bildirib. Üçtərəfli bəyannamənin 4-cü bəndinin yerinə yetirilməməsi məsələsini diqqətə çatdırıb və dəfələrlə qarşı tərəfə xəbərdarlıq edib”. Bunu Oxu.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov deyib. Ş. Ramaldanov bildirib ki, prosesə mane olmaq istəyən revanşist qüvvələr və onları himayə edənlər aktivlik göstərirdilər. “Revanşist qüvvələrə isə Qarabağ klanı rəhbərlik edir və bunun nəticəsidir ki, bu gün Azərbaycan ordusunun bir əsgəri şəhid oldu. Çox ciddi xəbərdarlıqdan sonra bu cür təxribat məhz cəza ilə nəticələnməli idi. Azərbaycan ordusu hazırda atəşkəs pozulan istiqamətlərdə erməni mövqelərinin atəş nöqtələrini məhv etməklə strateji yüksəklikləri ələ keçirməyə nail olub. Ordumuzun nəzarəti altına keçən yüksəkliklər sözügedən ərazilərdə hakim yüksəkliklərdir. Böyük bir ərazinin təminat yolları və digər qanunsuz erməni silahlılarının yerləşdiyi mövqelər nəzarət altına alınıb. Bu da Azərbaycan ordusunun müvəqqəti təmas xəttində yerləşən mövqelərindən daha böyük bir ərazini nəzarət altında saxlamağa imkan yaradır”. Ehtiyatda olan polkovnik vurğulayıb ki, bundan sonra atılacaq addımların məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin və Rusiya sülhməramlı qüvvələrinin üzərinədir: “Əgər bu cəza əməliyyatından sonra qanunsuz erməni silahlı birləşmələrinin tərkisilah edilməsi ilə bağlı məsələ praktiki olaraq həllini tapsa, Azərbaycan ordusu yaranmış vəziyyəti qiymətləndirəcək. Lakin Azərbaycan ordusuna lazım olan zəmanət verilməsə, fikrimcə bu əməliyyata davam etmək lazımdır. Hazırda vəziyyət Azərbaycan ordusunun nəzarəti altındadır. Laçın istiqamətindəki yüksəkliklərin ələ keçirilməsi nəzarəti gücləndirmək və əməliyyat şəraitini daha da yaxşılaşdırmaq üçün xidmət edən amil kimi qiymətləndirilməlidir. Azərbaycan bir daha göstərdi ki, dəmir yumruq həmişə hazırdır”. Вернуться назад |