Главная > Cəmiyyət / Manset > Tankçılarımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər - FOTO

Tankçılarımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər - FOTO


22-08-2022, 17:23. Разместил: admin
“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Tankçılarımız yarımfinalda istifadə olunacaq döyüş maşınlarına baxış keçirib və ştat silahlarından yoxlama atışları icra ediblər.

Qeyd edək ki, Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən beynəlxalq müsabiqə avqustun 27-dək davam edəcək.




Вернуться назад