Главная > Cəmiyyət / Manset > Prezident Dövlət agentliyinə 2,2 milyon manat ayırdı
Prezident Dövlət agentliyinə 2,2 milyon manat ayırdı23-08-2022, 22:00. Разместил: admin |
![]() Bu barədə AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,2 milyon (iki milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyənin təmin edilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilib. Вернуться назад |