Главная > Cəmiyyət / Manset > Nazir məktəbli formalarından DANIŞDI: “Gərginlik var”

Nazir məktəbli formalarından DANIŞDI: “Gərginlik var”


7-09-2022, 15:34. Разместил: admin
“Yeni məktəbli formaları ilə bağlı cəmiyyətdə hansısa gərginlik var”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bəzən bu, məlumatsızlıq ucbatından, bəzən valideynlərin düz ünvanlara müraciət etməmələri səbəbindən baş verir:

“Elm və Təhsil Nazirliyi məktəbli formalarının satışı, tikişi ilə məşğul olan qurum deyil. Biz yalnız həmin formaların nümunəvi tövsiyə olan formada olmasına nəzarət edirik. Burada məcburiyyət yoxdur”.

“Əgər məcburiyyət olarsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional idarələrə müraciət oluna, məsələyə baxıla və ölçü götürülə bilər”, - deyə nazir əlavə edib.
Вернуться назад