Главная > Cəmiyyət / Manset > “Dünyada təhsilin atası” adlandırılan mütəxəssis Azərbaycan təhsilindən danışdı

“Dünyada təhsilin atası” adlandırılan mütəxəssis Azərbaycan təhsilindən danışdı


8-09-2022, 15:27. Разместил: admin
“Azərbaycanın PISA (Programme for International Student Assessment - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) nəticəsi getdikcə yaxşılaşır, ölkənin təhsil sistemində ciddi islahatlar aparılır və bu islahatlar yaxın gələcəkdə öz bəhrəsini verəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatıda (İƏİT) Baş katibin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və Bacarıqlar üzrə direktoru, PISA-nın yaradıcısı və rəhbəri Andreas Şleyxer bildirib.

O, həmçinin bildirib ki, PISA nəticələrinə əsasən Bakının mərkəzi ilə kənar məktəblər arasında tədrisin keyfiyyəti cəhətdən böyük fərq yoxdur.

Azərbaycanlı şagirdlərin məlumatı yadda saxlamaqda bacarıqlı olduqlarını bildirən A.Şleyxer şagirdlərimizin məlumatı emal etmək və müxtəlif situasiyalarda tətbiq etmək bacarıqlarının inkişafına ehtiyac olduğunu bildirib, şagirdlərimizin riyaziyyatda çox yaxşı olduğunu xüsusi qeyd edib.
Вернуться назад