Главная > Cəmiyyət > ANAMA: Azad olunan ərazilərdə daha 69 mina aşkarlanıb

ANAMA: Azad olunan ərazilərdə daha 69 mina aşkarlanıb


12-09-2022, 21:13. Разместил: admin
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik olan məlumatı açıqlayıb.

ANAMA-dan bildirilib ki, sentyabrın 5-dən sentyabrın 10-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 49 piyada əleyhinə mina, 20 tank əleyhinə mina və 120 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 457 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Вернуться назад