Главная > Cəmiyyət / Manset > Şəhid Hüseynalı Nəbiyev Cəlilabadda dəfn edilib - FOTO

Şəhid Hüseynalı Nəbiyev Cəlilabadda dəfn edilib - FOTO


16-09-2022, 11:16. Разместил: admin
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hüseynalı Hikmət oğlu Nəbiyev dəfn edilib.

“Report” xəbər verir ki, Cəlilabad rayonunun Bəcirəvan kənd sakini, 1999-cu il təvəllüdlü H.Nəbiyevin nəşi doğulduğu kəndə gətirilib. Onunla vida mərasimi keçirilib.

Daha sonra şəhid doğulduğu kənd qəbirstanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhid yaxınları ilə yanaşı rayon rəsmiləri, hərbçilər, yerli sakinlər iştirak edib.

Qeyd edək ki, şəhid H.Nəbiyev subay idi.
Вернуться назад