Главная > Cəmiyyət > Bakıda qadın və uşaq küçədə yatır - Araşdırma başladı

Bakıda qadın və uşaq küçədə yatır - Araşdırma başladı


17-10-2022, 15:49. Разместил: admin
Sosial şəbəkələrdə Bakıda qadının azyaşlı uşaqla birgə küçədəki açıq sahədə və məişət tullantılarının olduğu yerdə gecələməsini əks etdirən görüntülər yayılıb.

Görüntülərin Xətai rayonu ərazisində - metronun “Həzi Aslanov” stansiyası yaxınlığında çəkildiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıdırlar: “Həmin şəxs müəyyən olunub. Onun barəsində qanunamüvafiq tədbirin görülməsi təmin olunacaq”.
Вернуться назад