Главная > Cəmiyyət / Manset > Bu günədək azad edilmiş ərazilərdə 300 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb
Bu günədək azad edilmiş ərazilərdə 300 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb19-10-2022, 14:21. Разместил: admin |
![]() “Report” xəbər verir ki, bunu Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycana qarşı müharibə cinayətləri” adlı hibrid formatında keçirilən seminarda deyib. O bildirib ki, beynəlxalq hüquqa görə minalar mülki insanlara qarşı yönəlməməlidir: “Minaların basdırılması insan həyatına təhlükə kimi qiymətləndirilir. Ermənistan hələ də minaların xəritələrini təqdim etməyib. Müharibədən sonra minalar səbəbindən xeyli insan ölüb və yaralanıb. 300 mindən çox mina, o cümlədən digər partlamamış hərbi sursatlar aşkarlanıb. Ermənilərin təqdim etdiyi xəritələrin dəqiqlik faizi çox aşağı - 25-30 faizdir”. Вернуться назад |