Главная > Cəmiyyət / Manset > Azərbaycanda müdafiə və təhlükəsizlik xərcləri artırılır
Azərbaycanda müdafiə və təhlükəsizlik xərcləri artırılır25-10-2022, 13:20. Разместил: admin |
Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərclərinin artırılması nəzərdə tutulur. Bununla bağlı “2023-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir. Qeyd olunur ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard manat vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur. Вернуться назад |