Главная > Cəmiyyət / Manset > İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı3-11-2022, 16:21. Разместил: admin |
![]() Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan və Zirə qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Вернуться назад |