Главная > Cəmiyyət > “Polad generalımız” kitabı nəşr edildi

“Polad generalımız” kitabı nəşr edildi


3-08-2020, 14:02. Разместил: azadses
Qanun Nəşriyyat Evi “Polad Generalımız” adlı kitab nəşr edib. Azad Səs-in məlumatına görə, bu barədə Şahbaz Xuduoğlu məlumat yayıb. 
O bildirib ki, Tovuzda şəhid olan general-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş kitab 2000 ədəd nəşr edilib:
"İnanıram ki, Polad Həşimov haqqında çoxlu kitablar yazılacaq. Nə qədər qanı istidir, biz bu kitabı nəşr edirik. Özü də “Məktəblilər üçün Liderlik dərsləri” seriyasında. Qoy gələcək nəsil Poladdan örnək götürsün, Polad kimi lider olsun.
Bu nəşrin hazırlanmasında öz xatirələri ilə bizə yardım edən hər kəsə təşəkkür edirəm. Biz bu nəşri generalımızın əziz xatirəsinə "Qanun" ailəsinin töhfəsi olaraq nəşr edirik. Nəşr pulsuz paylanacaq".

Вернуться назад