Главная > Cəmiyyət / Manset > Dövlət Komitəsi İrana casusluq edən şəbəkələrin ifşa edilməsinə münasibət bildirib
Dövlət Komitəsi İrana casusluq edən şəbəkələrin ifşa edilməsinə münasibət bildirib14-11-2022, 16:47. Разместил: admin |
![]() “Report”un xəbərinə görə, o, jurnalistlərə açıqlamasında qeyd edib ki, belə hallar əvvəllər də olub. “Bu gün dövlət təhlükəsizlik orqanlarının peşəkarlığı o səviyyədədir ki, bundan sonra da belə aktiv tədbirlər keçiriləcək və belə təhdidlərin qarşısı zamanında alınacaq. Birmənalı deyə bilərik ki, Azərbaycanda əməliyyat şəraiti, o cümlədən dini təhlükəsizlik məsələləri kifayət qədər diqqət mərkəzində saxlanılır. Lazım gəldikcə zəruri tədbirlər keçiriləcək”, - deyə o qeyd edib. Komitə sədrinin müavini söyləyib ki, İran tərəfindən Azərbaycana qarşı dini mövqedən yönləndirilən təhdidlər yeni məsələ deyil: “Müstəqilliyimizin ilk illərindən başlayaraq belə hallar baş verir”. Вернуться назад |