Главная > Cəmiyyət / Manset > Sarıbaba yüksəkliyində Ermənistanda istehsal edilmiş piyada əleyhinə minalar zərərsizləşdirilib - FOTO

Sarıbaba yüksəkliyində Ermənistanda istehsal edilmiş piyada əleyhinə minalar zərərsizləşdirilib - FOTO


22-11-2022, 18:47. Разместил: admin
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə tədbirlərini davam etdirir.


Вернуться назад