Главная > Cəmiyyət / Manset > Sərnişin sığortası proqramı “Bolt” xidmətinin istifadəçiləri üçün əlçatan oldu
Sərnişin sığortası proqramı “Bolt” xidmətinin istifadəçiləri üçün əlçatan oldu6-12-2022, 17:39. Разместил: admin |
Avropanın aparıcı nəqliyyat platforması olan “Bolt” xidmət keyfiyyətini və rahatlığını artırmaq üçün platformadan istifadə edən sərnişinlərə “PAŞA Sığorta” şirkətinin fərdi qəza sığortasını təklif edəcək. “Bolt” şirkəti yalnız məsuliyyətli və ixtisaslı sürücülərlə əməkdaşlıq edir. “Bolt” şirkətinin “PAŞA Sığorta” şirkəti ilə əməkdaşlığına, əsasən, nəqliyyat xidmətindən istifadə edən sərnişinlər yol-nəqliyyat hadisəsi nəticəsində zədələnərsə, dəyən zərər şirkət tərəfindən ödəniləcək. “Bolt” ilə səfər zamanı qəza baş verərsə, aşağıda göstərilənləri etmək lazımdır: - Hadisə yerinə müvafiq orqanları (polis əməkdaşını, təcili tibbi yardımı) çağırmalı və sığorta hadisəsini təsdiq etmək üçün zəruri sənədlərin tərtib edilməsini tələb etməlisiniz, habelə *7000 qısa nömrəsinə zəng edərək hadisənin baş verməsi faktı haqqında məlumat verməlisiniz və ya https://www.pasha-insurance.az saytında dəstək xidmətinə müraciət edə bilərsiniz; - Hər hansı bir tibb müəssisəsində sizə tibbi yardım göstərdikdən sonra xəsarətlər, telefonla müalicə barədə lazımi sənədləri əldə edin və sonra onları sığorta şirkətinə təqdim edin. Fərdi qəza sığortası hər bir “Bolt” səfərinə şamil edilir. Üstəlik, istifadəçilər üçün səfərin qiyməti dəyişməz olaraq qalır. “Bolt” istifadəçilərinin yolda özlərini rahat hiss etmələri bizim üçün vacibdir. Mümkün qədər daha çox hadisəni əhatə edəcək sadə və faydalı sərnişin sığortası proqramı yaratmağın üzərində işləyirdik. Alınan nəticədən məmnunuq və tərəfdaşımız “PAŞA Sığorta” şirkətinə minnətdarıq”, - deyə “Bolt Azərbaycan” şirkətinin səfər sifarişləri istiqamətinin rəhbəri Naim Əzizov bildirib. “Bolt”un missiyası - istifadəçilərə ekrana bir toxunuşla sərfəli və rahat səyahət sifariş etmək imkanı verməkdir. Həm də onu həm sürücü, həm də avtomobilin təqdim edildiyi andan avtomobildən çıxana qədər sərnişin üçün təhlükəsiz etməkdir. “Bolt” şirkəti haqqında məlumat “Bolt” – 45 ölkədə və Avropa və Afrikanın 400-dən çox şəhərində 100 milyon insanın istifadə etdiyi Avropa multi-əlavəsidir. Şirkət, istifadəçilərinə daha yaxşı alternativlər təqdim edərək fərdi avtomobillərdən birgə mobillik xidmətlərinə keçidi sürətləndirməyə çalışır. “Bolt”un xidmət çeşidinə səfər sifarişi, karşerinq, elektrik skuterlərin icarəsi və yemək və ərzaq çatdırılması kimi istiqamətlər daxildir. Hazırda “Bolt”un səyahət sifarişi xidməti Azərbaycanın yeddi şəhərində fəaliyyət göstərir: Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt, Şəki. Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir. Вернуться назад |