Главная > Cəmiyyət / Manset > Xankəndi yolunda aksiyaçılar “Mina terroruna son!” şüarını səsləndiriblər - YENİLƏNİB + VİDEO
Xankəndi yolunda aksiyaçılar “Mina terroruna son!” şüarını səsləndiriblər - YENİLƏNİB + VİDEO15-12-2022, 17:23. Разместил: admin |
![]() “Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, Ermənistanın mina terroru ilə bağlı məsələ də aksiya iştirakçılarının diqqət mərkəzindədir. Onlar aksiyada “Mina terroruna son!” şüarını səsləndiriblər. 14:38 Qarabağda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bir neçə yeni tələb irəli sürüb. “Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, onlar Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər. Aksiya iştirakçıları həmçinin, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığına, Laçın istiqamətində Ermənistanla sərhəddə DSX-nin və DGK-nın ayrıca postlarının olması tələbini irəli sürüblər. Dinc aksiya hazırda davam edir. Вернуться назад |