Главная > Cəmiyyət > Sərhəd bölgələrində radioyayım infrastrukturunun gücləndirilməsi məqsədilə təkliflər hazırlanıb
Sərhəd bölgələrində radioyayım infrastrukturunun gücləndirilməsi məqsədilə təkliflər hazırlanıb2-01-2023, 16:19. Разместил: admin |
Azərbaycanda fəaliyyət göstərən ümumölkə və regional radio yayımçıların proqramlarının ölkə üzrə tam yayımına nail olunması, habelə sərhəd bölgələrində radioyayım infrastrukturunun gücləndirilməsi məqsədilə ölkədə radio yayım üzrə optimal həddə çatmaq üçün təkliflər hazırlanıb. “Report” xəbər verir ki, təkliflər Audiovizual Şura tərəfindən dəqiqliklə işlənilib. Belə ki, Audiovizual Şuranın, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin, Dövlət Radiotezliklər İdarəsinin, habelə radio yayımçıların adından çıxış edən “Rəqəmsal və audiovizual yayım sənayesi” (RAYS) İctimai Birliyinin radio komitəsinin mütəxəssislərinin daxil olduğu işçi qrup ölkədə radioyayımın optimal həddinə çatmaq üçün RTYS-lərin və həmin stansiyalarda quraşdırıla biləcək zəruri avadanlıqların siyahısını hazırlayıb. Audiovizual Şura tərəfindən həmin təkliflər daha dəqiq işlənərək müvafiq orqanlara təqdim olunub. Вернуться назад |