Главная > Cəmiyyət > "Biz ev heyvanıyıq, siz də sahibimiz? "-Müğənni Elnarə od püskürdü - FOTO

"Biz ev heyvanıyıq, siz də sahibimiz? "-Müğənni Elnarə od püskürdü - FOTO


4-08-2020, 14:08. Разместил: azadses
Ölkədə karantin rejiminin uzadılması ilə bağlı qərara müğənni Elnarə Xəlilova sərt reaksiya göstərib. 
Azad Səs Unikal.org-a istinadən xəbər verir ki, müğənni “Instagram” hesabında bununla bağlı post paylaşıb:
"İndi guya sms icazəni ləğv elədiz ki, evdən rahat çıxa bilək?Hara gedə bilərik ki? Kafe yox, mağaza yox, rayona yol yox, şəhəri dolaşmağa çıxaq? Məgər biz ev heyvanıyıq, siz də sahibimiz? Qeydiyyatla və maska ilə soyuq havada dənizə icazə vermisiz, başımıza dəysin. İcazəni də elə vermisiz ki, heç kəs heç nə etmək istəmir. Ha vurub toplayırıq ki, hara gedək, nə edək, ağlımıza heç nə gəlmir. Bu gedişlə toylara da məhərrəm ayında icazə verərsiz ki, heç kəs yenə də toy edə bilməsin". (Mətn redaktə olunmayıb – red.)

View this post on Instagram

#əsəbiminpikvaxtı #dəxlisizqərarlar

A post shared by Elnarə Xəlilova (@elnara___xalilova) on


Вернуться назад