Главная > Cəmiyyət / Manset > 16 yaşlı qızın ərə verilməsi xəbərinə DİN-dən REAKSİYA - YENİLƏNİB + FOTO

16 yaşlı qızın ərə verilməsi xəbərinə DİN-dən REAKSİYA - YENİLƏNİB + FOTO


13-03-2023, 13:11. Разместил: admin
16 yaşlı qızın ərə verilməsi xəbərinə DİN-dən REAKSİYA - YENİLƏNİB + FOTO

Daxili İşlər Nazirliyi Azərbaycanda 16 yaşlı qızın ərə verilməsinə dair yayılan məlumatlara aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məsələ barədə araşdırma aparılıb:



“Müəyyən edilib ki, məsələ sosial şəbəkələrdə qeyd olunduğu kimi deyil. Yetkinlik yaşına çatmadığı iddia edilən və toyu olan xanımın 2023-cü il yanvar ayında 18 yaşı tamam olub”.

11:00

Azərbaycanda 16 yaşlı qız ərə verilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, qız oğlanla zorla evləndirilib və martın 17-də Sumqayıtda oğlan toyu olacaq.


Вернуться назад