Главная > Cəmiyyət > Bakı Zooparkında pələng balaları doğuldu: Adlarını siz qoyun - FOTO

Bakı Zooparkında pələng balaları doğuldu: Adlarını siz qoyun - FOTO


4-04-2023, 17:37. Разместил: admin
Bakı Zooparkında pələng balaları doğuldu: Adlarını siz qoyun - FOTO
Bakı Zooloji Parkında pələng balaları doğulublar.

Bu barədə parkın sosial şəbəkə hesabında məlumat verilib.

Bildirilib ki, pələnglərin biri erkək, 2-si isə dişidir. Çəkiləri 5,4-5,7 kq aralığında olan balalar əraziyə hələ öyrəşmədiklərinə görə, anadan ayrılmırlar. Qidalarını isə ana pələng öz yuvasına gətirir.

Yeni doğulmuş pələng balalarına hələ ki, ad verilməyib. Park rəsmiləri adların sosial şəbəkə istifadəçiləri tərəfindən seçilməsini istəyirlər. Bunun üçün ən yaxşı ad təkliflərinin rəy bölməsində qeyd olunması da bildirilib. Adla bağlı fikrinizi bildirmək üçün bu linkə daxil ola bilərsiz.

Məlumatda qeyd olunub ki, pələng balaları 4 yaşında müstəqil həyata başlayırlar. Yeni doğulmuş pələng balalarının gözləri və qulaqları açılmamış vəziyyətdə olur. Bu vaxtadək onlar analarının müşahidəsi altında olurlar.




Вернуться назад