Главная > Cəmiyyət > Naxçıvanda cari ilin ilk 4 ayının yekunları müzakirə edilib

Naxçıvanda cari ilin ilk 4 ayının yekunları müzakirə edilib


16-05-2023, 18:42. Разместил: azadses
Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin ilk 4 ayının yekunları ilə bağlı müşavirə keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, müşavirədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin gördüyü işlər və sosial-iqtisadi göstəricilərə dair hesabat verib.

Hesabat məruzəsində büdcə proqnozlaşdırılması, büdcəyə vergi daxilolmaları, sahibkarlara verilən güzəştli kreditlər, “yaşıl enerji” layihələri çərçivəsində görülən işlər, dövlət orqanlarında innovativ texnologiyaların tətbiqinə diqqət yetirilib.

Həmçinin suvarma suyu təminatı sahəsindəki mövcud vəziyyət və problemlər, kənd təsərrüfatı, vətəndaş qəbulu və müraciətləri sahəsindəki vəziyyət və digər bir sıra mövzular geniş müzakirə olunub. Bununla bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin çıxışları olub.

Sonra nöqsanlar və qarşıda duran vəzifələrdən danışılıb, qarşıdakı hədəflərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.


Вернуться назад