Главная > Cəmiyyət > Nuno Queiros: “Dövlət Peşə Təhsil Mərkəzində televiziya studiyasının açılması gənclərin uğur qazanmasına imkan verəcək”

Nuno Queiros: “Dövlət Peşə Təhsil Mərkəzində televiziya studiyasının açılması gənclərin uğur qazanmasına imkan verəcək”


17-05-2023, 16:19. Разместил: azadses
“Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində telestudiyanın açılması gənclərin böyük uğurlar qazanmasına imkan verəcək”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros bildirib.

"Bu gün biz yeni telestudiyanın açılışını qeyd edirik. Bu, xüsusilə vacibdir, çünki gənclərin uğur qazanmasına şərait yaradacaq. Bundan əlavə, burada inklüzivlik də nəzərə alınıb. Bu o deməkdir ki, onların gələcəkdə işlə bağlı problemi olmayacaq", - Nuno Queiros deyib.


Вернуться назад