Главная > Cəmiyyət > Bakıda "Karyerada ilk addım” məşğulluq yarmarkası keçirilib

Bakıda "Karyerada ilk addım” məşğulluq yarmarkası keçirilib


21-06-2023, 21:44. Разместил: azadses
2 nömrəli Bakı Baza Tibb Kollecində 2022/2023-cü tədris ilinin məzunları üçün ilk dəfə "Karyerada ilk addım” məşğulluq yarmarkası keçirilib.

"Report" xəbər verir ki, yarmarkada 15 dövlət, 28 özəl qurum iştirak edib.

Yarmarkanın keçirilməsində məqsəd təhsil ocağını bitirən məzunların işlə təmin olunmasına dəstək göstərməkdir. Bunun üçün kollec onların işəgötürən dövlət orqanları və qurumlarının, o cümlədən Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyində olan tibb müəssisələri, digər dövlət və özəl tibb və aptek təşkilatlarının nümayəndələri ilə görüşünü təşkil etməkdir.

Kollecdə yaradılan guşələrdə tibb müəssisələrinin və aptek təşkilatlarının nümayəndələri məzunlarla görüşüb müsahibə aparıblar. Məzunlar tədbirdən əvvəl hazırladıqları CV-ləri tibb müəssisələrinin və aptek təşkilatlarının nümayəndələrinə təqdim ediblər.

Kollec tərəfindən tədbirdən əvvəl məzunlar üçün CV tərtibi və özünü təqdimetmə üzrə təlim təşkil edilib. Yarmarka zamanı məzunların iş yerlərinə dəvət alması gözlənilir. Kollec iş yerlərinə dəvət almış məzunların işə qəbul edilməsi daxil olmaqla yarmarkanın nəticələrini təhlil edəcək.

Qeyd edək ki, 2022/2023-cü tədris ilində 2 nömrəli Bakı Baza Tibb Kollecindən Tibb bacısı (qardaşı) işi, Mamalıq, Müalicə işi, Əczaçılıq ixtisasları üzrə 503 tələbənin məzun olması gözlənilir.


Вернуться назад